2a sinfində Mülki Müdafiə Günü ilə bağlı təşkilat saatı keçirib

Məktəb-liseyin ibtidai sinif müəllimi Çinarə Nəbiyeva 2a sinfində Mülki Müdafiə Günü ilə bağlı təşkilat saatı keçirib. Məqsəd şagirdlərə fövqəladə hallarda doğru davranış qaydalarını öyrətmək, cəmiyyətin təhlükəsizliyində müxtəlif peşə sahiblərinin rolunu göstərməkdir. Təşkilat saatında şagirdlər həkim, polis, hərbçi, vəkil və xilasedici rollarını canlandırıblar. Şagirdlər bu rollar vasitəsilə həm öz bacarıqlarını göstəriblər, həm də həyati əhəmiyyət daşıyan məlumatlar əldə ediblər.