23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı təşkilat saatı

Aprelin 23-də məktəb-liseyin ibtidai sinif müəllimi Aidə Kamilovanın təşkilatçılığı ilə 2b sinfində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı təşkilat saatı keçirilib. Əsas məqsəd şagirdlərdə kitab oxumağa maraq yaratmaq, yaradıcı yazı bacarığını inkişaf etdirmək və müəlliflik mövzusunda maarifləndirmə aparmaqdır. Təşkilat saatında hər bir şagird özünün yazdığı qısa hekayəni təqdim edib. Müəllim tərəfindən hekayələr müəllifləri açıqlanmadan oxunub və şagirdlər həmin hekayələri 1-dən 5-ə qədər balla qiymətləndiriblər. Ən yüksək bal toplayan hekayə müəllifləri aşağıdakı kimi mükafatlandırılıb:• 1-ci yer: “Libraff” kitab mağazasından 30₼ dəyərində kitab hədiyyə kartı, • 2-ci yer: 2 ədəd kitab, • 3-cü yer: 1 ədəd kitab. Digər şagirdlərə isə fəallıqlarına görə təşəkkürnamələr təqdim olunub. Daha sonra uşaqlarla kitab oxumağın insanın özünü ifadə etmə bacarığını inkişaf etdirdiyi, nitq mədəniyyətinin formalaşmasında mühüm rol oynadığı və davamlı oxu vərdişi ilə gələcəkdə özlərinin də müəllif ola biləcəkləri barədə maarifləndirici söhbət aparılıb.