Ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr edilmiş təşkilat saatı keçirilib

Məktəb -liseyin ibtidai sinif müəllimi Qənirə Şahbazovanın rəhbərliyi ilə 2,,C'' sinfində Ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr edilmiş təşkilat saatı keçirilib. Sinif rəhbəri Şahbazova Qənirə Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib. Şagirdlər Azərbaycan xalqının memarı və qurucusu olan Heydər Əliyev haqqında videoçarx izləyiblər, onun uğurlu siyasəti haqqında topladıqları faktları yoldaşları ilə bölüşüblər. Məktəbin kitabxanasında olan Heydər Əliyev haqqında yazılmış kitablarla tanış olublar.Kitabxanaçı Narın Məmmədova uşaqlara Heydər Əliyevin elm,təhsil,mədəniyyət sahəsində göstərdiyi xidmətlər haqqında məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi