İnşa müsabiqəsində III yer

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının rəhbərliyi ilə Xətai rayon ümumtəhsil məktəbləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Heydər Əliyev- Əbədi Lider" mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri elan edilib. Məktəb- liseyin 11a sinif şagirdi Məlikzadə Fatimə Elşən qızı üçüncü yerə layiq görülərək diplom və hədiyyələrlə mükafatlandırılıb. Şagirdimizi təbrik edir, ona uğurlarının davamını arzulayırıq.