“Bir qalanın sirri“ tamaşası izlənilib

Şagirdlərin qış tətilinin səmərəli keçirməsinin təşkili məqsədilə məktəb-liseyin 5-6-cı sinif şagirdləri Akademik Milli Dram Teatrında Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında hazırlanmış “Bir qalanın sirri” nağıl tamaşasını izləyiblər. Şagirdlərin asudə vaxtlarının teatrda keçirilməsi onların dünyagörüşünün genişlənməsinə, estetik zövqlərinin formalaşmasına və mədəni inkişafına töhfə verir. Teatr tamaşaları şagirdlərə müxtəlif həyat situasiyalarını anlamağa, empatiya hissini gücləndirməyə və yaradıcı düşüncələrini inkişaf etdirməyə kömək edir. Həmçinin, bu cür tədbirlər şagirdlər arasında ünsiyyət və dostluq əlaqələrini möhkəmləndirir. Beləliklə, teatr həm əyləncə, həm də tərbiyəvi bir vasitə kimi onların asudə vaxtlarını səmərəli və mənalı keçirmələrinə imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi