Yusifin uğuru258 nömrəli tam orta məktəbin 7a sinif şagirdi Babayev Yusif Namiq oğlu Özbəkistanda keçirilən Asiya ölkələri arasında Ashiara Karate idman növündə öz yaşıdları arasında birinci yeri tutaraq qızıl medal qazanmışdır. Yarış Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmişdir. Məktəb kollektivi adından Yusifi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!
XI sinif üzrə buraxılış imtahan nəticələriBakı şəhəri A.Vəliyev adına 258 saylı tam orta məktəbin XI sinif üzrə buraxılış imtahan nəticələri açıqlanıb. Məktəb kollektivi şagirdlərin uğurlarına sevinərək onları təbrik edir.
Raulun uğuru258 saylı tam orta məktəbin 3e sinif şagirdi Məmmədəliyev Raul Polşa Beynəlxalq cudo liqası Avropa açıq birincliyində qızıl medal qazanmışdır. Məktəb kollektivi adından onu təbrik edir, uğurlar arzulayırıq!