FƏXRİMİZ

      Vəliyev Arif Əkbər oğlu 1968-ci il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur.Bakı şəhərindəki,hal-hazırda indi onun adını daşıyan 258№li orta məktəbdə təhsil almışdır və həmin bu təhsil ocağını qızıl medalla başa vurmuşdur.Arif 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və bu ali məktəbi 1993-cü ildə fərqlənmə ilə bitirmişdir.Hərbi qulluq vaxtı çatanda bir çoxları kimi o da əsgəri xidmətə getdi.1986-cı ildə Çernobıl şəhərində xidmət etdi. 

     Xalqımızın bu çətin və ağır günlərində özünü millətin və xalqın qeyrətli oğlu kimi göstərən igidlərimizdən biri olan Vəliyev Arif Respublika Prezidentinin çağırışına qoşularaq 1994-cü il fevralın 1-də Vətən torpaqlarını qorumağa getdi.İlk və son döyüşü Murov dağı yaxınlığında hakim yüksəklik uğrunda gedən döyüşlərdə olub.Döyüş yoldaşlarından alınan məlumatlara görə bu döyüş 3 gün-3 gecə qarlı-çovğunlu bir havada olmuşdu və bu döyüşdə Arif cəsarətlə döyüşdü.Lakin havanın sərtliyi,yorğunluq,aclıq Arif və onun döyüş yoldaşlarını ruhdan salmamışdı.Bu dəhşətli,qanlı döyüş zamanı Arif əvvəl ayağından,sonra qolundan ağır yaralanmasına baxmayaraq,yoldaşının meyitini döyüş zonasından çıxarmağa çalışarkən düşmən gülləsi bu dəfə onun ürəyini yaraladı.Arif Vəliyev bu döyüşdə 1994-cü ilin fevralın 12-də qəramancasına həlak oldu. 

      Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Şəhid adını əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında" 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarına müvafiq olaraq Vəliyev Arif Əkbər oğlunun adı əbədiləşdirilərək təhsil aldığı məktəbə onun adı verilmişdir ki,bu da dövlət tərəfindən ona verilən ən yüksək mükafatlardan biridir.Məktəb binasının önündə şəhid Arif Vəliyevin büstü və bulağı əbədiləşdirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi