Fatimənin uğuru3c sinif şagirdi Quliyeva Fatimə Beynəlxalq dərəcəli Sasmo yarışmasında Bürünc medal qazanmışdır. Onu təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.
"Biliyini paylaş" layihəsiBakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən təşkil olunmuş "Biliyini paylaş" layihəsində məktəbimizin müəllimləri yüksək səviyyədə iştirak ediblər. Hacıyeva Günel Məhəmməd qızı göstərdiyi fəallığa görə diploma layiq görülüb. Digər iştirakçılar isə Abbasova Talehə, Nuriyeva İlhamə, Cəlilova Dünya müəllimə təşəkkürnaməyə layiq görülmüşdür. Uğurlarınız bol olsun!
Muradın uğuruKenquru Beynəlxalq riyaziyyat olimpiadasında Respublika üzrə 10 nəfər şagirdin arasında 7a sinif şagirdi Səfərli Murad qızıl medala sahib çıxıb. Məktəbin rəhbərliyi və müəllimləri adından S.Muradı səmimi qəlbdən təbrik edir, ona gələcəkdə böyük uğurlara nail olmağı arzu edirik. Bizim fəxrimiz, yolun hər zaman işıqlı olsun!