Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir
Məktəb 2011-ci ildə əsaslı təmir olunmuş, 2012-ci ildə 632 nəfərlik əlavə tədris korpusu tikilmişdir.
Məktəb bir növbədə , 5 günlük iş rejimi ilə işləyir.
Məktəb 2010 və 2015- ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı məktəbi ” müsabiqəsinin qalibi olmuşdur.
2023-2024-cü dərs ilinə 136 nəfər müəllim tədrisə cəlb edilib, 2400 şagird 75 sinifdə komplektləşdirilib.
Məktəbin əsas məqsəd və vəzifəsi ibtidai təhsil pilləsindən başlayaraq şagirdlərin keyfiyyətli təhsil almalarını təmin etməkdir.
Son 5 ildə 21 nəfər 11- ci sinif şagirdlərindən 600-dan yuxarı bal toplamış, 72 nəfər 500-dən yuxarı bal toplayaraq, ölkəmizin və xarici dövlətlərin ali məktəblərinə qəbul edilmişdir.
Bir nəfər şagird 700 balla Prezidentyanı İdarəçilik Akademiyasına qəbul edilmiş, 4 nəfər şagirdimiz isə müxtəlif illərdə Prezident təqayüdünə layiq görülmüşdülər.
Sonuncu, 2023-cü ildə Hüseynli Hüseyn 675 balla ADA Üniversitetinin iqtisadiyyat fakultəsinə qəbul edilmişdir.
Şagirdlərə əsaslı bilik verilməklə yanaşı, onların yüksək mənəviyyatlı və milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.
Müəllim,şagird, valideyn münasibətlərinin daha da möhkəmləndirilməsinə, birgə əməkdaşlıq məqsədi ilə, “Məktəb icması” layihəsinə qoşularaq bir cox uğur və istedadlı şagirdlərin üzə cıxarılmasını əldə etmişik.
Bilik və acarıqlarının formalaşması, təhsil alanların dünya görüşlərinin artırılması məqsədilə “Təhsili dəyərə çevirək ” adlı layihəsində şagirdlərmizin fəal iştirakına nail olmuşuq.
Artıq ikinci ildir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə keçirilən “Uşaqların təhlükəsizliyinin qorunması ” layihəsinin iştirakçısıyıq.
Bu layihənin gedişində bir cox problemli şagirdlərlə iş aparıb vaxtında ola biləcək bir hadisənin qabağı alınmış olub.
Məktəbdə psixoloji xidmət fəallıqla iş aparılır.Psixoloqlarımız tərəfindən daimi valideynlərlə söhbətlər , şagirdlərlə testlər, oyunlar və.s kimi kiçik tədbirlər keçirilir.
Məktəbdə II-IV sinif şagirdlərinə şahmat dərsi keçirilir və yarışlarda hər il 3-4 şagird qalib olur.
eTwining beynəlxalq layihəsində bizim şagirdlər fəal iştirak edib ( ingilis dili) , nəticədə 2020 və 2021- ci illərdə davamlı olaraq həmin beynəlxalq müsabiqəsində məktəb qalib olmuşdur.
2022-2023 -cü dərs ilində 18 şagird müxtəlif yarışların, müsabiqələrin I-II yer tutaraq qalibləri olmuşlar.
14 nəfər şagirdimiz idman yarışlarında məktəbi təmsil etmiş və qalib olmuşdu.
7 nəfər şagir beynəlxalq yarışlarda birincilik əldə edərək , Azərbaycan Bayrağını həmin ölkələrdə ucaldıblar.