Kiçik Akademiya

7b sinif şagirdləri ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 cu il dönümünə aid dərs təşkil edib11.05.22 tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Məmmədova 7b sinif şagirdləri ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 cu il dönümünə aid dərs təşkil edib. Sevinc Məmmədova şagirdlərə qeyd etdi ki,Heydər Əliyevin Azərbaycan dilinin böyük qayğıkeşi və hamisi idi. Həmin tədbirlər sırasında Ulu Ondərin sarsılmaz iradəsi və ciddi səyi ilə 1978 çi il Azərbaycan SSR-nin Konstitusiyasına "Azərbaycan SSR-nin Dövlət dili Azərbaycan dilidir" maddəsinin daxil edilməsini xüsusi vurğuladı.

Ətraflı

9b sinifində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş dərs26.04.22 tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 9b şinif şagirdləri sinif rəhbəri Məmmədova Tərifə müəllimənin iştirakı ilə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq -alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş dərs təşkil ediblər.6d sinif şagirdləri tarix müəlliməsi Mehdiyeva Gülzadə müəllimənin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın xatirəsinə həsr dərs keçdilər.Muəlimələr şagirdlərə Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verdilər.

Ətraflı

3ç sinif şagirdlərinin qənimətlər parkı gəzisiArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 3ç sinif şagirdləri sinif rəhbəri İsmayılova Sevda müəllimənin təşkilatçılığı ilə Şəhidlərimizi ziyarət ediblər. Sonra şagirdlər Qənimətlər parkında qəhrəman əsgərlərimizin yağı düşməndən aldıqları qənimətləri qürurla seyr ediblər. Sevda İsmayılova daim şagirdləri vətənpərvərlik ruhunda tərbiyə edir, şagirdlərin dünya görüşünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiyalar təşkil edir.Sevda İsmayılova öz üzərində çalışır, bir müəllimə kimi daim yeniliklər axtarışında olur və bu bilikləri şagirdlərə ötürür.Məsuliyyətli fəaliyyətinə görə kollektivimiz adından Təbrik və Təşəkkür edirik!

Ətraflı

" Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin icrasıARTİ Bakı Şəhəri üzrə Təhsil İdarəsi(BŞTİ) ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNİSEF) birgə fəaliyyət planı əsasında " Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin icrasına başlayıb.Layihədə 25 pilot məktəb iştirak edir.Arif Vəliyev adına 258 nömrəli tam orta məktəb də bu layihəyə qoşulub,təlimlərdə məktəbin direktoru Sədaqət xanım Hüseynova , psixoloq Məmmədov Mustafa müəllim,təşkilatçı direktor müavini Adıgözəlova Sahibə müəllimə, məktəbin müəllimi ,valideyn komitəsinin təmsilçi siması Həmidova Fəridə müəllimə iştirak ediblər.Layihə Məktəb-Şagird-Valideyn birliyinin mütəşəkkil ,operativ, professional ,aktiv şəkildə təhsil prosesini həyata keçirə biləcək iş birliyindən bəhs edir .

Ətraflı

"Oxu günü"20.04. 22.tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbdə "Oxu günü" tədbirinin qeyd edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F147 əmrinə əsasən şagirdlərin şəxsiyyət olaraq həyata hazırlanmasında, dünya görüşünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkili məqsədilə 19-20.04.22 tarixi "Oxu günü" silsilə tədbirlər keçirilib.Azərbaycan dili və ədəbiyyatı fənn müəllimləri dərs keçdiyi siniflərdə kitab,onun insan həyatında rolu və faydaları haqqında ətraflı məlumatlar verdilər.Məmmədova Sevinc müəllimə 7 b sinif şagirdləri ilə Həsənova Mehriban müəllimə 7c sinif şagirdləri ilə "Oxu günü" tədbirini təşkil ediblər.

Ətraflı

"Azərbaycan gəncləri narkomaniyaya yox deyir "Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbdə N. Nərimanov polis idarəsinin əməkdaşlarının təşkilatçılığı ilə "Azərbaycan gəncləri narkomaniyaya yox deyir " mövzusunda görüş keçirilib. Görüşdə məktəbin direktoru Sədaqət xanım Hüseynova, rəis müavini Hikmət Vəliyev polis polkovnik-leytenantı, yetkinlik yaşına çatmayan uşaq bölməsinin rəisi polis polkovniki leytenantı Ruslan Hüseynov,Veteranlar şurasının sədri ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov Narkomaniya və onun törətdiyi fəsadlar haqqında ətraflı məlumat verdilər.

Ətraflı

Şagirdlərin Yanardag gəzintisiArif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 3 ç sinif şagirdləri sinif rəhbəri İsmayılova Sevda müəllimənin təşkilatçılığı ilə Yanar dağa və Atəşgaha ekskursiyaya gediblər.Şagirdlər tarixi abidələr haqda verilən məlumatları diqqətlə dinlədilər xatirə şəkilləri çəkdirdilər.Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq tədbirlər həyata keçirmək vacibdir.Bu gəzintilər şagirdlərin dünya görüşünün formalaşmasında mühüm rol oynayır.

Ətraflı

"Şahinlər"Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin "Şahinlər"i hərbi müəllimi Mahir Kazımovun təşkilatçılığı ilə Azərbaycan ordusunun Təlim və Tədris mərkəzində olub.Şagirdlər Tədris bazası ilə, hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olublar.Tədris mərkəzində şagirdlər avtomat və Makarov tapançasından praktiki olaraq atış çalışmalarını yerine yetirib.Həmçinin döyüş maşınlarından atışın keçirilməsi və sürücülük üzrə trenajorlardan praktiki olaraq müxtəlif çalışmaları yerine yetiriblər.Şagirdlərdə hərbi vətənpərvərlik mövzusuna daim və praktik müraciət etmək Kazımov Mahir müəllimin ən əsas iş prinsiplərindən biridir.

Ətraflı

Aprel döyüşləriArif Vəliyev adına 258 nömrəli tam orta məktəbdə 04.04.22.-08.04.22 ci tarixlərində həftə boyu bütün siniflərində fənn müəllimləri Zəfər tariximizin başladığı Aprel duyuşlərinə həsr olunmuş silsilə dərslər keçdilər. Tarix müəllimələri Hüseynova Səmayə, Rüstəmova Elnarə, Mehdiyeva Gülzadə və digər müəllimələr Aprel duyuşləri haqda şagirdlərə ətraflı məlumatlar verdilər.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ətraflı

Peşə təhsili07.04.22.tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin akt zalında Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri 9 cü sinif şagirdləri ilə görüşüb.Tədbirdə iştirak edən qonaqlar şagirdlərə peşə təhsili, müasir dövrdə peşələrə olan təlabatdan danışdılar, video çarxlar nümayiş olundu.Peşə Liseyi haqqında ətraflı məlumat verildi,liseyə qəbulu isə 9 illik şəhadətnamə ilə qeydiyyatdan keçərək imtahansız mümkün olduğu haqda məlumat verildi. Tədbir şagirdlərdə peşə məktəblərinə maraq hissi oyatdı.Şagirdlə oyunlar təşkil edildi,oyunun qalibi liseyin nümayəndələri tərəfindən mükafatlandırıldı.

Ətraflı

" İl axır çərşənbə"16.03.22.tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 3 a sinif şagirdləri Azərbaycan dili dərsində " İl axır çərşənbə" haqda təqdimat hazırlayıblar.Sinif rəhbəri Cəfərova Şəhla müəllimə şagirdlərə Novruz bayramı ərəfəsində hansı işləri görmək vacib olduğu haqda məlumatlar vermişdir. Şagirdlər sinif otaqlarında " Yaz təmizliyi "etmişlər. Bundan başqa məktəbin bağında iməcilik keçirilib.

Ətraflı

" Dünya xalqları Novruz bayramını necə qeyd edir?"17 03.22. tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin kitabxanasında " Dünya xalqları Novruz bayramını necə qeyd edir?" mövzusunda konfrans keçirilib. Konfransda Kiçik Akademiyanın üzvləri və rəhbəri Mehdiyeva Gülzadə müəllimə iştirak ediblər.

Ətraflı

Qənbərov Sami və Fatimə Miri'nin çıxışı14.04.22. tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 9 a sinif şagirdləri Qənbərov Sami və Fatimə Miri Ulu öndər Heydər Əliyev haqqında video təqdimat hazırlıblar .

Ətraflı

Bizim böyük qələbəmiz11. 03.22 tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin kitabxanasında təşkilatçı direktor müavini Sahibə Adıgözəlovanın təşkilatçılığı ilə 9c sinif şagirdləri ilə fənn müəllimlərindən tarix müəlliməsi Elnarə Rüstəmova və sinif rəhbəri həm də Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən müəllim Fazil Muradov iştirakı ilə dəyirmi masa keçiririldi.Mövzu :"Bizim böyük Qələbəmiz" kitabının təqdimatı ilə bağlı olmuşdur. Mövzu ilə bağlı şagirdlər təqdimatlar hazırlamışdı.

Ətraflı

Əhmədiyyə Cəbrayılov seminarı10.03.22. tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 8b sinfində tarix müəllim Elnarə Rüstəmova "Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş seminar keçirdi .

Ətraflı

"İrəvan Muəllimlər Seminariyası"9.03.22. tarixində Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 9a sinfində tarix dersinde tarix müəlliməsi Hüseynova Səmayə "İrəvan Muəllimlər Seminariyası" haqda ətraflı məlumat verdi . Şagirdlər İrəvan haqqında verilən tarixi məlumatları diqqətlə dinlədilər.

Ətraflı

"Mina təhlükəsizliyi"Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbdə "Çağırışaqədərki Hazırlıq" fənni üzrə 10 və 11 ci şinif şagirdləri ilə "Mina təhlükəsizliyi ( Mühəndis maneələri ) mövzusunda açıq dərs keçirilib.Dərs - Azərbaycan Respublikası Təhsil Nazirliyinin " Təhsil müəssisələrinin müəllim-şagird heyyətinin partlayış təhlükəsinə qarşı maarifləndirməsi barədə 20 avqust 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş metodiki tövsiyyələrin tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunmuşdur. Tədbirdə qonaqlara və məktəb rəhbərliyi iştirak etdilər.İştirak edən qonaqlar: 1.Rövşən Ağayev - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi. 2. Günay Qurbanova - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələri sektorunun müdiri. 3.Şəhanə Bağırova- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi. 4. Kapitan Süleyman Heydərov-FHN-nin xüsusi riskli xilasetmə xidmətinin pirotexniki və istehkam hazırlığı şöbəsinin rəisi . 5 .Baş Leytinant Rzalı Samir-FHN- min ictimaiyyətlə əlaqələr idarəsi işinin təşkili şöbəsinin rəisi. 6.Sevinc Əzimova -Baki Şəhəri üzrə Təhsil İdarəsinin Baş məsləhətçisi. 7.Polkovnik - leytinant Anar Həsənov -Vətən müharibəsi iştirakçısi Qazı. 8.Baş Leytinant Rəşad Bağırlı - Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Nərimanov rayon idarəsinin zabiti.

Ətraflı

Şən idman dərsiA. Vəliyev adına 258 nömrəli məktəbin 3 a sinif şagirdləri bədən tərbiyəsi dərsini idman zalında şən statlar şəklində çox maraqlı keçirdilər. Sinif rəhbəri Cəfərova Şəhla müəllimə dərsləri daim maraqlı və həvəslə keçir ,bu isə şagirdlərdə həmişə şən əhval ruhiyəyə səbəb olur.

Ətraflı

" Biz necə davranmalıyıq"A. Vəliyev adına 258 nömrəli tam orta məktəbin 1 a sinif rəhbəri Rüstəmova Təranə müəllimə, şagirdlərə " Biz necə davranmalıyıq" mövzusunda dərs keçib.Şagirdlər dərsi maraqla dinləyib . Sonda fikir mübadiləsi olub.1 ci sinifdən 11 ci şinifə qədər bu mövzu daim aktualdır.

Ətraflı

Məktəbimizin laboratoriya təcrübəsiA .Vəliyev adına 258 nömrəli tam orta məktəbin 8c sinif şagirdləri kimya dərsində Həmidova Fəridə müəllimənin iştirakı ilə laboratoriyada təcrübə apararaq öyrəndikləri bilikləri tətbiq etmə bacarığına yiyələnirlər.Fəridə müəllimə hər bir şagirdə fərdi yanaşır,onların bilik və bacarıqlarının formalaşmasında fəal iştirak edir.Şagirdlərin nəzəri biliklərinin laboratoriyada təcrübə apararaq tətbiq etməyi elə məktəb illərindən öyrənir,bu işdə peşəkar müəllimlər daim şagirdlərə dəstək olur.

Ətraflı

Canlıların müxtəlifliyiA. Vəliyev adına 258 nömrəli tam orta məktəbin 3 a sinif şagirdləri sinif rəhbəri Cəfərova Şəhla müəllimənin təşkilatçılığı ilə"Canlıların müxtəlifliyi" mövzusunda təqdimat hazırlayıblar.Şəhla müəllimə şagirdləri biologiya kabinetinə,labaratoriya otağına apardı və şagirdlər bioloji ekspanatlarla tanış oldular.

Ətraflı

Azərbaycan Gənclər günüBu gün A. Vəliyev adına 258 nömrəli tam orta məktəbin Kiçik Akademiyasının üzvləri "2 Fevral - Azərbaycan Gəncləri Gününün 25 illiyi münasibətilə kitabxanada dəyirmi masa təşkil etdilər. Tədbirdə Akademiyanın rəhbəri Mehdiyeva Gülzadə müəllimə, təşkilatçı direktor müavini Sahibə Adıgözəlova iştirak etmişlər .

Ətraflı

Silinməz yazıdır 20 Yanvar19.01.22 çi il tarixində A. Vəliyev adına 258 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsini 32 çi il dönümünə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdur.Eyni zamanda "Silinməz yazıdır 20 Yanvar " mövzusunda məktəbin foyesində tədbir keçirildi.Tədbirdə Müstəqil Respublikamızın bütün ərazilərində qürurla dalğalanan Dövlət Bayrağımız dəvət olundu, Himnimiz səsləndi, Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi.Şagirdlər 20 Yanvar faciəsini həsr olunmuş şeirlər söylədi,yuxarı sinif şagirdləri 20 Yanvarla bağlı öz fikirlərini söylədi.Məktəbimizin direktoru Sədaqət Huseynova 20 Yanvar faciəsi haqqında danışdı və bu faciəni heç vaxt unutmayacagımızı bildirdi.

Ətraflı

Qanlı 20 yanvar18.01.22 ci il tarixinde A.Vəliyev adına 258 nömrəli məktəbin tarix muəllıməsi Gülzadə Mehdiyeva və 9 cü sinif şagirdləri 20 Yanvar faciəsinin 32 və i il dönümünə aid kitabxanada dəyirmi masa təşkil etdilər. Tədbirdə Gülzadə müəllimə 19- dan 20 nə keçən gecə 1990 cı ilin qanlı Yanvar faciəsini bir daha yad etdi .20 Yanvar faciəsini unutmayaq və unutdurmaq deyə şagirdlərə müraciət etdi. Təşkilatçı direktor müavini Sahibə Adıgözəlova 20 Yanvar faciəsi haqqında çıxış etdi.

Ətraflı

Həmrəy olaqBu gün A. Vəliyev adına 258 nömrəli tam orta məktəbin 9b sinif şagirdləri sinif rəhbəri Tərifə Məmmədovanın və təşkilatçı direktor müavini Sahibə Adıgözəlovanın iştirakı ilə məktəbin kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni ilə həsr olunmuş tədbir keçirdilər. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda çıxışlar etdilər . Məzunumuz Milli Aviasiya Akademiyasının tələbəsi Səfərli İlkin də tədbirdə iştirak etdi,öz təbriklərini bildirdi.

Ətraflı

7c sinifinin tarix müzeyinə ekskursiyası25 .12 .21 ci il tarixində A. Vəliyev adına 258 nömrəli tam orta məktəbin 7c sinif şagirdləri sinif rəhbəri Həsənova Mehriban müəllimə ilə birlikdə Azərbaycan Tarixi muzeyinə ekskursiya getmişlər.Şagirdlər muzeyin ekspanatlarına diqqətlə baxmışlar , verilən vacib tarixi məlumatları dinlemişlər,asudə vaxtlarını çox səmərəli keçirmişlər.

Ətraflı

"KİÇİK AKADEMİYA" ÜZVLƏRİNƏ UĞURLAR!Məktəbin tarix müəllimi Gülzadə Mehdiyevanın rəhbərliyi ilə yaradılan “Kiçik Akademiya” nın üzvlərindən ibarət “Lasers”komandası Təhsil Nazirliyinin xətti ilə keçirilən “Fibonacci” yarışında iştirak edirlər. Şagirdlərin dünyagörüşünü əks etdirən bu intelektual yarışmada 40 məktəbin komandası iştirak edir. Komandalar 2 liqaya bölünmüş, hər liqada 10 komanda işrtirak edir. Məktəbin komandası Şərq liqasında yarışan məktəbin komandası hal-hazırda ilk onluqda yer alıblar. Fevral ayına qədər davam edən bu yarışmada ilk on yer tutan komanda yarımfinala vəsiqə qazanacaqdır. Şagirdlərə uğurlar arzu edirik!

Ətraflı

Tullantıdan incəsənətəSinif rəhbərləri və UBR-nin iştirakı ilə 5-9-cu siniflərdə “Tulantılardan istifadə etməyin əhəmiyyəti” mövzusunda diskusiya keçirildi. Diskusiyada şagirdlərlə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici söhbətlər aparıldı. Şagirdlər tulantılardan istifadə etməyin əhəmiyyətini anladılar, tullantıların həm insan sağlamlığına, həm də təbiətin cirklənməsinə necə zərər verdiyini dərk etdilər. Şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə məqsəd tullantılarının incəsənətə necə yol açdığını aşılamaqdır .Onlar anladılar ki, hətta tullantılardan da gözəl sənət əsərləri yaratmaq mümkündür.  Məktəbin 3e və 5ç sinif şagirdləri Qala etnoqrafik muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı onlar tulantılardan məişətdə necə istifadəsinin şahidi oldular. 

Ətraflı

“KİÇİK AKADEMİYA”LARIN BÖYÜK İŞLƏRİElmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik Akademiya”ların müsbət rol oynadığı hamımıza məlumdur. Bu baxımdan Cümhuriyyətin 100 illik yubileyinə həsr edilmiş “Kiçik Akademiya”nın məktəbimizdə keçirdiyi tədbirin də əsas məqsədi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi idi. Sagirdlərimiz cümhuriyyət dövründə maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər - yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi faktlarını açıqladıqca, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlərin əsərlərini öz yüksək istedadları ilə nümayiş etdirdikcə Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sahəsində görülən çox böyük və çətin işlər və onların nəticəsi tədbir iştirakçıların gözü önündə canlanırdı. Tədbirin sonunda məktəbin direktoru S.Hüseynova çıxış edərək “Kiçik Akademiya”nın apardığı böyük işləri dəstəklədi,onların fəaliyyətinin gücləndirilməsi üçün bir rəhbər olaraq əlindən gələn köməkliyi əsirgəməyəcəyini söylədi və Akademiyaların fəaliyyətinin, şagirdlərin layihələrinin tədqiqatyönlü olmasının vacibliyini nəzərə çatdırdı.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

695 bal Fərid Quliyev Mübariz

Yusif Şahhüseyinli Zaur

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

695 bal Fərid Quliyev Mübariz

Yusif Şahhüseyinli Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi