“KİÇİK AKADEMİYA”LARIN BÖYÜK İŞLƏRİ

Elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik Akademiya”ların müsbət rol oynadığı hamımıza məlumdur. Bu baxımdan Cümhuriyyətin 100 illik yubileyinə həsr edilmiş “Kiçik Akademiya”nın məktəbimizdə keçirdiyi tədbirin də əsas məqsədi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi idi. Sagirdlərimiz cümhuriyyət dövründə maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər - yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi faktlarını açıqladıqca, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlərin əsərlərini öz yüksək istedadları ilə nümayiş etdirdikcə Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sahəsində görülən çox böyük və çətin işlər və onların nəticəsi tədbir iştirakçıların gözü önündə canlanırdı. Tədbirin sonunda məktəbin direktoru S.Hüseynova çıxış edərək “Kiçik Akademiya”nın apardığı böyük işləri dəstəklədi,onların fəaliyyətinin gücləndirilməsi üçün bir rəhbər olaraq əlindən gələn köməkliyi əsirgəməyəcəyini söylədi və Akademiyaların fəaliyyətinin, şagirdlərin layihələrinin tədqiqatyönlü olmasının vacibliyini nəzərə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi