3ç sinif şagirdlərinin qənimətlər parkı gəzisi

Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 3ç sinif şagirdləri sinif rəhbəri İsmayılova Sevda müəllimənin təşkilatçılığı ilə Şəhidlərimizi ziyarət ediblər. Sonra şagirdlər Qənimətlər parkında qəhrəman əsgərlərimizin yağı düşməndən aldıqları qənimətləri qürurla seyr ediblər. Sevda İsmayılova daim şagirdləri vətənpərvərlik ruhunda tərbiyə edir, şagirdlərin dünya görüşünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiyalar təşkil edir.Sevda İsmayılova öz üzərində çalışır, bir müəllimə kimi daim yeniliklər axtarışında olur və bu bilikləri şagirdlərə ötürür.Məsuliyyətli fəaliyyətinə görə kollektivimiz adından Təbrik və Təşəkkür edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi