Tullantıdan incəsənətə

Sinif rəhbərləri və UBR-nin iştirakı ilə 5-9-cu siniflərdə “Tulantılardan istifadə etməyin əhəmiyyəti” mövzusunda diskusiya keçirildi. Diskusiyada şagirdlərlə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici söhbətlər aparıldı. Şagirdlər tulantılardan istifadə etməyin əhəmiyyətini anladılar, tullantıların həm insan sağlamlığına, həm də təbiətin cirklənməsinə necə zərər verdiyini dərk etdilər. Şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə məqsəd tullantılarının incəsənətə necə yol açdığını aşılamaqdır .Onlar anladılar ki, hətta tullantılardan da gözəl sənət əsərləri yaratmaq mümkündür.  Məktəbin 3e və 5ç sinif şagirdləri Qala etnoqrafik muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı onlar tulantılardan məişətdə necə istifadəsinin şahidi oldular. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi