Ömərin uğuruMəktəbimizin şagirdi Kazımlı Ömər Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil olunan Kəmər dərəcələri üzrə rəsmi imtahandan uğurla keçmiş və sarı kəmər dərəcəsinə layiq görülmüşdür.
Sənanın uğuru258 saylı tam orta məktəbin 2d sinif şagirdi Sənan Hacızadə ARTİ-nin təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində uğurlu nəticə göstərdiyi üçün diplomla təltif olunmuşdur. Onu təbrik edir, uğurlar arzulayırıq!
Nigarın uğuru258 saylı tam orta məktəbin 7d sinif şagirdi Həsənova Nigar Romada təşkil olunan Fibonaca Beynəlxalq Riyaziyyat Olimpiadasında qlobal tur çərçivəsində III yer tutduğuna görə diplomla təltif olunmuşdur. Məktəb kollektivi adından onu təbrik edir, uğurlar arzulayırıq!