Betülün uğuru258 saylı tam orta məktəbin 8b sinif şagirdi Hədizadə Betül 8 noyabr "Zəfər günü"nə həsr olunmuş üzgüçülük turnirində I yeri qazanmışdır. Məktəb kollektivi adından onu təbrik edir, uğurlar arzu edirik!
Tunarın uğuru2023-2024 tədris ilində Tales Matematik Müzesi tərəfindən keçirilən "Uluslararası Tales Matematik Yarışmasında " məktəbimizin 9a sinif şagirdi Məsimov Tunar iştirak edib və 1 ci yerə ,diploma layiq görülüb. Məktəbin kollektivi adından Tunar Məsimovu təbrik edirik, uğurlarının daim olmasını arzulayırıq .
Nərminin uğuruMəktəblilər arasında keçirilən taekwondo idman növü üzrə yarışda 8c sinif şagirdi Hacızadə Nərmin III yer tutmuşdur. Məktəb kollektivi olaraq onu təbrik edir, uğurlar arzu edirik.