Nailiyyətlərimiz

Məktəbimizin idmançıları258 saylı tam orta məktəbin 3a sinif şagirdləri Babayev Cavid "Stenka və Pençak Silat" idman növləri üzrə açıq turnirdə I yer, Məhərrəmli Ömər Karate üzrə ölkə birinciliyi və çempionatında II yer, Qasımzadə Kamil "Kiçik yaşlı yeniyetmələr arasında Cüdo idman növü" üzrə yarışda III yeri qazanmışdır. Məktəb kollektivi adından onları təbrik edir, uğurlar arzu edirik!

Kənan və Kamranın uğuru258 saylı tam orta məktəbin 7b sinif şagirdləri Qurbanov Kənan və Qurbanov Kamran Azərbaycan Futbol Federasiyaları Assosasiyasının təşkilatçılığı ilə 2023-2024 mövsümünün 1-ci, 2-ci və 3-cü rüblərində ən yaxşı oyunçular adlı mükafata layiq görülüb, diplomla təltif olunublar. Kollektivimiz adından onları təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

Süleymanın uğuru258 saylı tam orta məktəbin 6d sinif şagirdi Sadıqov Süleyman 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlılar arası açıq birinciliyində 35 kg çəki dərəcəsində I yeri tutduğuna görə diplomla təltif olunmuşdur. Məktəbin kollektivi adından onu təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

695 bal Fərid Quliyev Mübariz

Ayxan Isayev Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi