Nailiyyətlərimiz

Məhəmməd və Kənanın uğuru258 saylı tam orta məktəbin 6ə sinif şagirdləri Dəmirov Məhəmməd Təhsil Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin təşkil etdiyi şahmat turnirində I yer, Cəfərli Kənan "Döyüşçü Muatay" idman klubunun "Yeni Suraxanı şəhidlərinin" xatirəsinə həsr olunmuş peşəkar turnirdə diplomla təltif olunmuşdur. Onları təbrik edir, uğurlar arzu edirik!

Məmməd və Aminin uğuruNərimanov məktəbləri arasında təşkil olunan, Zəfər gününə həsr olunmuş "Yüngül atletika" və "Dayaqlı qolların açılıb-bükülməsi" idman növü üzrə keçirilən tədbirdə məktəbimizin 11e sinif şagirdləri Məmmədov Məmməd və Səmədov Amin I yeri tutmuşdur. Məktəb kollektivi adından onları təbrik edirik!

Ömərin uğuruMəktəbimizin şagirdi Məhərrəmli Ömər, 8 noyabr "Zəfər günü"nə həsr olunmuş kyokuşin uşaq və yeniyetmələr arasında keçirilən Zəfər turnirində 8-9 yaş- 30 kq çəki dərəcəsində bacarıqla döyüşərək I yerə layiq görülmüşdür.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Yusif Şahhüseyinli Zaur

Ayxan Isayev Elşən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi