Nurayın uğuruMəktəbimizin 6a sinif şagirdi Ulubəyova Nuray akrobatika üzrə yarışda II yerə layiq görülüb. Məktəb kollektivi adından onu təbrik edir, uğurlar arzulayırıq!
Nahidin uğuruMəktəbimizin1a sinif şagirdi Nahid Məmmədli "Ocaq Sport" klubunun batut gimnastikası üzrə 3-cü daxili birinciliyində fərdi çıxışlarda I yeri tutduğuna görə diplomla təltif olunmuşdur. Məktəbimiz adından Nahidi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!
Qarabağ gözəliSTAR KİDS GROUP MMC-nin təşkilatçılığı ilə AZERBAİJAN KİDS FASHİON SHOW 2023 moda yarışması keçirildi. Yarışmanın 7-9 yaş qızlar kateqoriyası arasında 43 nömrəli iştirakçı 2-ci yerin qalibi Zəhraxanım Qarabağlı Modelyer-Dizayner, Esra Fashion moda evinin rəhbəri Gülşən Hüseynova və Azərbaycanın Əməkdar İncəsənət xadimi Modelyer-Dizayner Fəxriyyə Xələfova tərəfindən mükafatla təltif edildi. Məktəb kollektivi Z.Qarabağlını təbrik edir, uğurlar arzulayır!