Fənn aylığı çərçivəsində dərs dinləmələr aparılır
Dərsin məqsədinin standarta uyğunluğunu və dərsdəki fəaliyyətin məqsədə uyğunluğunu izləmək məqsədilə dinlənilən dərslərdən biri də coğrafiya dərsi oldu. Vl “B” sinfində dinlənilən dərsin mövzusu “Dünya ölkələri”, dərsin məqsədi isə şagirdlərdə ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edə bilmək bacarığı yaratmaq idi. Tarix və coğrafiya müəllimləri ilə dinlənilən dərsin təhlili aparıldı. Dərsin müsbət tərəfləri qeyd olundu. Mövcud problemlərin necə aradan qaldırılması yolları müzakirə olundu.