HAQQIMIZDA

Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 68a ünvanında yerləşir. 1969-cu ildən fəaliyyət göstərir. Məktəb birnövbəlidir və 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Tədris Azərbaycan və rus dillərində aparılır.

 

2015-2016-cı tədris ilində məktəb əsaslı təmir olunmuşdur. 7 sentyabr 2016-cı il tarixində Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanmaq üçün məktəbə gəlmişdir. Dövlət başçısı ayrı-ayrı sinif otaqlarını gəzib, fənn kabinetləri və idman zalında yaradılan şəraitlə tanış olmuşdur.

 

Məktəb lazımi avadanlıq və ləvazimatlarla, kompüterlərlə  təmin edilmiş, müasir istilik və işıqlandırma sistemləri qurulmuşdur. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.  Məktəbdə bədii ədəbiyyat və müxtəlif dərs vəsaitləri hesabına zəngin kitabxana yaradılmış, bütün sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, idman zalı, akt zalı, yeməkxana yüksək standartlar səviyyəsində təmir edilmişdir.

 

Məktəbin layihə tutumu (şagird sayı) 1320 yerlikdir. Hazırda məktəbdə 1234 şagird təhsil alır. Məktəbdə şagirdlərinin təlim-tərbiyəsi ilə öz peşəsini gözəl bilən 64 təcrübəli müəllim məşğul olur. Əksər müəllimlər MİQ-də yüksək bal toplamış və yeni təyinat almış gənc müəllimlərdir. Məktəbin güclü pedaqoji kadr potensialı var. Məktəbin idarə olunmasında, təlim-tərbiyə prosesinin təşkilində, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. Xarici dil kimi ingilis dili və rus dili tədris olunur. Məktəbdə bir çox layihələr: STEAM, rəqəmsal bacarıqlar, pilot dərsliklər, təbiət təmayülü tətbiq olunur, idman dərnəkləri fəaliyyət göstərir. Məktəb-valideyn əməkdaşlığı həmişə diqqətdə saxlanılır. Valideyn məsuliyyətinin artırılması və valideyn-məktəb əməkdaşlığınln gücləndirilməsi məqsədi ilə vaxtaşırı “Açıq qapı” günləri təşkil olunur. Təhsilin keyfiyyətini yüksəltmək üçün məktəbin İllik Fəaliyyət planına uyğun olaraq təqdimatlar, dəyirmi masalar, görüşlər, viktorinalar təşkil edilir, məktəb Kiçik Akademiyanın fəaliyyəti çərçivəsində xüsusi istedadlı şagirdlərin elmi potensialı və yaradıcılığı üzə çıxarılır, fənn aylıqları, “Nümünəvi dərslər” keçirilir. Məktəbimizdə hərbi-vətənpərvərlik tərbiyəsi  də daima  diqqət mərkəzindədir. Müəllim-şagird kollektivi məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, yarış və müsabiqələrdə fəal iştirak edir, müxtəlif uğurlar əldə edirlər. 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə  I qrant müsabiqəsində məktəbin ümumtəhsil və fərdi kateqoriya üzrə iki layihəsi qalib olmuşdur, 2021-2022-ci tədris ilində  isə  VI qrant müsabiqəsində fərdi kateqoriya üzrə iki layihə qalib olmuşdur: Naidə İbrahimova və Sevil Rzayevanın layihələri.

 

Məzunlarımız müxtəlif ali təhsil müəssisələrini bitirib, respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz töhvəsini verməkdədirlər. Məktəb yetişdirdiyi şagirdlərlə həmişə fəxr edib. 247 nömrəli tam məktəb ali məktəbə şagird qəbulu üzrə rayon məktəbləri arasında yüksək nəticələri ilə öndə olmuşdur. Respublikada ali məktəblərə qəbul imtahanında ilk 700 bal toplamış abituriyent məktəbimizin məzunu olmuşdur. 2021-2022-ci tədris ilinin məzunları Süsən Gidayeva və Ülkər Həkimli qəbul imtahanında 600-dən yuxarı bal toplamışdır.

2022-2023-cü tədris ilində məktəbimizin şagirdi Hüseynli Xədicə Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyası üzrə qalib oldu və qızıl medalla təltif olundu. Digər şagirdimiz Dadaşzadə Fatimə qızıl nişanla təltif olundu, Respublika Fənn Olimpiadasında kimya fənni üzrə qalib oldu və qəbul imtahanlarında 638 bal topladı.

Uğurlarımız indi də davam etməkdədir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi