
- Nihal Hacıyeva Əlisurət
- Vəzifə: Direktor
- Fənn: Kimya
- Bitirdiyi təhsil müəssisəsi: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Təvəllüd: 29.06.1985
- İlk fəaliyyət ili: 15.09.2006
- E-mail: nihal_mamedova@mail.ru
2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Xəzər rayonu 26 №-li tam orta məktəbdə, 2013-cü ildə Nəsimi rayonu 54 №-li tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 2015-ci ildə Binəqədi rayonu 144 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra Nəsimi rayonu 14 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2015-ci ildə UNICEF və Xəzər Universitetinin birgə layihəsi olan "Potensial Məktəb Direktorları" təlim kursunu bitirmişdir. 2015-ci ildə Binəqədi rayonu 144 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra Nəsimi rayonu 14 №-li məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2016-cı ilin noyabr ayında 247 nömrəli məktəbə direktor təyin olunmuşdur. 8-12 may 2017-ci il tarixlərində Sinqapurun Milli Təhsil İnstitutu (Singapore National İnstitute of Education) tərəfindən Bakı şəhərində keçirilmiş “Məktəb idarəçiliyi proqramı” (School Leadership Programme) adlı təlim kursunda iştirak etmişdir və Sinqapur Milli Təhsil İnstitutu tərəfindən beynəlxalq sertifikata layiq görülmüşdür. 03 oktyabr 2017 -ci il tarixdə Azərbaycan Respublikası Təhsil Naziriliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2016-2017-ci dərs ilində təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir.16 və 17 noyabr tarixlərində Bakıda Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə "Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı və 18. 11. 2017-ci il tarixində isə konfrans sonrası "Master klass" seminarlarında iştirak edərək beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür.Azərbaycan Respubikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqənin ümumtəhsil kateqoriyası üzrə layihəni qazanmışdır.
Əlaqəli xəbərlər
Kimya fənnindən bilik yarışı keçirildi