FƏXRİMİZ

        60 il öncə Rəhimovlar ailəsində Abdulla adında bir uşaq dünyaya gəldi. O, hələ uşaqlıqdan  ağlı, fərasəti, vətənə olan sevgisi ilə başqalarından fərqlənirdi.

 Ən  böyük arzusu torpaqlarımızın azad  olacağı, qaçqın və köçkünlərimizin öz ev-eşiklərinə geri dönəcəyi, müharibənin başa çatdığı günü görmək idi. Bu arzu ilə də o özünü döyüşün ən qızğın yerinə atdı.

        Abdulla Rəhimov 1975-ci ildə Əfqanıstanda xidmət göstərmişdir. SSR-i sədrinin imzası ilə Əfqanıstanda yaxşı xidmətinə görə 28 dekabr 1988-ci ildə qramot ilə təltif edilmişdir. Könüllü olaraq Fuzuli, Şuşa , Laçın, Qubadlı, Ağdam, Goranboy, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə kiçik leytenant, 13. 04. 1992-ci ildə 776 saylı reyd dəstəsində qrup komandiri vəzifəsində olduğu müddətdə 9 may 1992-ci  ildə Şuşada, Laçında vəziyyət ağır olduğu vaxtda döyüşə getmək əmrini aldı. 

    11 may 1992-ci ildə Şuşanın Zarıqlı, Tursoy kəndi uğrunda gedən döyüşlərdə öz dəstəsi ilə düşmənə qarşı güclü müqavimət göstərmiş, kiçik bir qrupla düşmənin arxasına keçərək kəşfiyyat işləri aparmış, eyni zamanda düşmənin İPDM-in 10-15 nəfərə yaxın canlı qüvvəsini məhv etmiş, qayıdarkən mühasirəyə düşmüş onun yüksək bacarığı nəticəsində qrup mühasirədən çıxmışlar. 

        29 may 1992-ci ildə reyd dəstəsində adı dəyişdirilib, Əlahiddə kəşfiyyat batalyonu adını almışdır. Füzuli bölgəsində bir çox döyüş əməliyyatlarında iştirak etmiş və bölük komandiri vəzifəsini icra etmişdir. Beyləsi kəndi, Qovşadlı kəndi, Məngəlmaqa yüksəkliyi uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi bölük düşmənlə dəfələrlə açıq döyüşlərə girmiş və düşmənin 1tankını, şəxsən özü 30-35 nəfərə yaxın canlı qüvvəsini məhv etmiş, axırıncı döyüş bölgəsi olan Tərtər, Ağdərə bölgəsində 1994-cü ilin yanvar ayında Gödəkburun, Jezniqumer, Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə misli görünməyən qəhrəmanlıqlar göstərmiş, düşmənlərin bir çox mövqelərini darmadağın edərək erməni quldurlarının cəsədləri üzərindən özü qabaqda gedərkən düşmən gülləsinə tuş gələrək 1994-cu il yanvarin 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

     Bəlkə də ona  ölümlərin ən şərəflisi qismət oldu. Onun ölüm xəbəri çoxlarını sarsıtdı, çoxları inanmadı. Heç kim bu gülərüz, ağıllı, təmkinli oğlana ölümü yaraşdırmırdı. Amma Abdulla ölümü ilə əbədi olaraq ölümsüzlüyə qovuşdu.

 Nə yaxşı ki, vətənimizin Abdulla kimi mərd qeyrətli, vətən məhəbbəti ilə coşub-daşan övladları var.  "Torpaq ugrunda ölən varsa VƏTƏNDİR". Azərbaycan xalqı xoşbəxtdir ki, onun övladları vətən uğrunda göz qirpmadan canlarından keçməyə hazırdırlar.

  Abdulla Rəhimov ölümündən sonra Bakı şəhəri, 9 oktyabr 1994-cü il 218 №-li fərmanı ilə "Azərbaycan Bayrağı ordeni" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 №-li qərarına əsasən Nəsimi rayonu 247 №-li tam orta məktəbə Abdulla Rəhim oğlu Rəhimovun adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi