Kiçik Akademiya

Məktəb KA üzvləri ilə AMEA gənc alimlərin görüşü keçirildiAMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının əməkdaşları: GAMŞ-ın sədr müavini Aysel Rüstəmova, kiçik elmi işçi Aytac İskəndərova, kiçik elmi işçi Zümrüd Binnətova məktəbimizdə oldular. “Ümumdünya kosmos həftəsi” nə həsr olunmuş elmi-populyar seminar keçirdilər. Gələcəkdə müxtəlif layihələrdə iştirak müzakirə olundu.

Ətraflı

“Ən yaxşı təqdimat” seminarıMəktəb Kiçik Akademiyanın “Şuşa ili”nə həsr olunmuş “Ən yaxşı təqdimat” seminarı keçirildi.

Ətraflı

"Ana dilim – şirin dilim" adlı elmi konfransMəktəbimizin "Kiçik Akademiya”sı çərçivəsində təşkil olunan "Ana dilim – şirin dilim" adlı elmi konfrans keçirildi. Tədbirdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb. Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirlərin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Ətraflı

"Ana dilim" mövzusunda elmi konfransMəktəbimizdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilim" mövzusunda konfrans keçirildi. Konfransda ölkəmizdə ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, tarixi, zənginləşməsi istiqamətində diskussiyalar təşkil edildi.

Ətraflı

Xəlil Rza yaradıcılığında vətənpərvərlik hissləriXalq şairinin 90 illik yubileyinə həsr edilmiş dəyirmi masada Xəlil Rza Ulutürkün həyat yolu, yaradıcılığı, istiqlal şeirləri, məğrur şair mənliyi şagirdlərin ifasında təqdim olundu. Gülnar müəllimə şairlə birgə çalışdığı illərdəki xatirələrini şagirdlərlə bölüşdü. Xəlil Rzanın şeirlərindəki vətənpərvərliyin onun azad ruhunun hayqırtıları olduğunu vurğuladı.

Ətraflı

Təkrarlanan tarixi ədalətNoyabrın 18-də tarix fənn müəllimi Allahverdiyeva Günay 8 “A” sinif şagirdləri ilə dəyirmi masa keçirdi. Əvvəlcə dövlətimizin sərhədində şəhid olan əsgərlərimiz bir dəqiqəlik sükutla anıldı. Daha sonra dəyirmi masa ətrafında Səfəvilər tarixi və müasir Azərbaycan tarixi şagirdlərin araşdırmaları əsasında təhlil olundu. XVl-XVIII əsrlər Səfəvilər dövlətinin iqtisadi-hərbi qüdrəti, ordu quruculuğu, Avropa ölkələri ilə münasibəti, daxili-xarici siyasəti, qüdrətli və tənəzzül tarixi ilə 1991-ci ildən bu günədək Azərbaycan Dövlət Respublikasının müstəqillik, quruculuq, daxili-xarici siyasət, dünya ölkələri ilə münasibət, ordu quruculuğu, qüdrətinin bərpası tarixi müqayisə olundu. Şagirdlər sonda maraqlı bir nəticəyə gəldilər: l Şah Abbas və İlham Əliyev tariximizin cəsur, müdrik, səbirli, tədbirli, ədalətli bir dövlət xadimləri olmaqla yanaşı, hərb meydanında ordusunu məharətlə idarə edən, xalqının rifahını düşünən, uzaqgörən siyasi-inzibati islahatlar keçirən, itirilmiş torpaqları geri qaytaran, Avropa ölkələri ilə uğurlu ittifaqlar quran, dövlətçilik ənənələrinə sadiq olan dövlət başçılarıdır. Müzakirədə məktəbin direktoru Sitarə Abbasova və tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva da iştirak etdilər. Məqsəd dövlətçilik tariximiz haqqında şagirdlərimizdə geniş məlumat yaratmaq idi.

Ətraflı

"Kiçik Akademiya" haqqında məlumat“Kiçik Akademiya” A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 2018-ci il tarixindən fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz yuxarı siniflərdə təhsil alan şagirdlərdə elmə marağı stimullaşdırmaq, elmi araşdırmalara maraq yaratmaq, şagirdlərin maraq dairələrini genişləndirməkdir. Akademiya daxilində humanitar təbii və texniki bölmələr fəaliyyət göstərir. Şagird elmi cəmiyyəti tərəfindən “Təbiət” adlı divar qəzeti buraxılır. “Kiçik Akademiyanın”-nın tərkibi aşağıdakı kimidir: Prezident – Fətəliyeva Vüsalə (riyaziyyat və informatika müəllimi) Vitse president – Nəbiyev Faiq (9 ”A”) Akademiya daxilində icra olunan fəaliyyətlər haqqında qısa məlumat: - Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş "Bir millət – iki dövlət" adı altında onlayn rəsm müsabiqəsi keçirildi; - Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyi ilə əlaqədar IX-XI sinif şagirdləri arasında "Nizami dünyası" adlı onlayn intellektual müsabiqə keçirildi; - Şagirdimiz Əsnad Baxşızadə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat turnirinin qalibi – I yer sahibi oldu; - Nəsimi rayon məktəbliləri arasında keçirilmiş Qarabağ Zəfərinə həsr olunmuş müsabiqədə 8 “B” sinif şagirdi Nəbiyev Faiq “Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu” mövzusunda iştirak etdiyinə görə təltif olundu; - “Kiçik Akademiya” üzvlərinin dronlarla təcrübələri keçirildi; - 1-ci sinif şagirdimiz Hümbətov Səfa şahmat üzrə respublika çempionu oldu.

Ətraflı
HAQQIMIZDA

Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 68a ünvanında yerləşir. 1969-c...

BİZİM FƏXRLƏRİMİZ

Anar Xəlilov Şahin

Aytən Həsənova Şahin

HAQQIMIZDA

Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəb Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal küçəsi 68a ünvanında yerləşir. 1969-c...

BİZİM FƏXRLƏRİMİZ

Anar Xəlilov Şahin

Aytən Həsənova Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi