Təkrarlanan tarixi ədalət

Noyabrın 18-də tarix fənn müəllimi Allahverdiyeva Günay 8 “A” sinif şagirdləri ilə dəyirmi masa keçirdi. Əvvəlcə dövlətimizin sərhədində şəhid olan əsgərlərimiz bir dəqiqəlik sükutla anıldı. Daha sonra dəyirmi masa ətrafında Səfəvilər tarixi və müasir Azərbaycan tarixi şagirdlərin araşdırmaları əsasında təhlil olundu. XVl-XVIII əsrlər Səfəvilər dövlətinin iqtisadi-hərbi qüdrəti, ordu quruculuğu, Avropa ölkələri ilə münasibəti, daxili-xarici siyasəti, qüdrətli və tənəzzül tarixi ilə 1991-ci ildən bu günədək Azərbaycan Dövlət Respublikasının müstəqillik, quruculuq, daxili-xarici siyasət, dünya ölkələri ilə münasibət, ordu quruculuğu, qüdrətinin bərpası tarixi müqayisə olundu. Şagirdlər sonda maraqlı bir nəticəyə gəldilər: l Şah Abbas və İlham Əliyev tariximizin cəsur, müdrik, səbirli, tədbirli, ədalətli bir dövlət xadimləri olmaqla yanaşı, hərb meydanında ordusunu məharətlə idarə edən, xalqının rifahını düşünən, uzaqgörən siyasi-inzibati islahatlar keçirən, itirilmiş torpaqları geri qaytaran, Avropa ölkələri ilə uğurlu ittifaqlar quran, dövlətçilik ənənələrinə sadiq olan dövlət başçılarıdır. Müzakirədə məktəbin direktoru Sitarə Abbasova və tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva da iştirak etdilər. Məqsəd dövlətçilik tariximiz haqqında şagirdlərimizdə geniş məlumat yaratmaq idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi