"Kiçik Akademiya" haqqında məlumat

“Kiçik Akademiya” A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 2018-ci il tarixindən fəaliyyətə başlayıb. Bizim əsas məqsədimiz yuxarı siniflərdə təhsil alan şagirdlərdə elmə marağı stimullaşdırmaq, elmi araşdırmalara maraq yaratmaq, şagirdlərin maraq dairələrini genişləndirməkdir. Akademiya daxilində humanitar təbii və texniki bölmələr fəaliyyət göstərir. Şagird elmi cəmiyyəti tərəfindən “Təbiət” adlı divar qəzeti buraxılır. “Kiçik Akademiyanın”-nın tərkibi aşağıdakı kimidir: Prezident – Fətəliyeva Vüsalə (riyaziyyat və informatika müəllimi) Vitse president – Nəbiyev Faiq (9 ”A”) Akademiya daxilində icra olunan fəaliyyətlər haqqında qısa məlumat: - Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş "Bir millət – iki dövlət" adı altında onlayn rəsm müsabiqəsi keçirildi; - Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyi ilə əlaqədar IX-XI sinif şagirdləri arasında "Nizami dünyası" adlı onlayn intellektual müsabiqə keçirildi; - Şagirdimiz Əsnad Baxşızadə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat turnirinin qalibi – I yer sahibi oldu; - Nəsimi rayon məktəbliləri arasında keçirilmiş Qarabağ Zəfərinə həsr olunmuş müsabiqədə 8 “B” sinif şagirdi Nəbiyev Faiq “Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu” mövzusunda iştirak etdiyinə görə təltif olundu; - “Kiçik Akademiya” üzvlərinin dronlarla təcrübələri keçirildi; - 1-ci sinif şagirdimiz Hümbətov Səfa şahmat üzrə respublika çempionu oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi