"Azərbaycan mənim həyatımın mənasıdır!" ( Heydər Əliyev)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş sinifdaxili tədbir keçirildi. Tədbiri Vl "A" sinfinin sinif rəhbəri Şəbnəm Abdullayeva və dərnək rəhbəri Ülkər Xəlilova təşkil etdilər.
Şagirdlər Ümummilli Liderimiz Heydər Əliyevin aforizmlərini səsləndirdilər, Öndərimizin vətənpərvər çıxışlarından sitatlar gətirdilər, hazırladıqları təqdimatlarını sərgilədilər, şeirlər söylədilər, mahnılar və rəqslər ifa etdilər.
Məqsəd şagirdləri Ümummili Liderimiz Heydər Əliyevə məhəbbət ruhunda, vətənpərvər ruhda tərbiyə etməkdir.