Mini futbol arenasının təntənəli açılışı oldu

FİFA-nın "Məktəb arenası" layihəsi çərçivəsində "Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbi" publik hüquqi şəxsdə tikilmiş mini futbol arenasının təntənəli açılışı oldu.
Açılış tədbirində Elm və Təhsil naziri Emin Əmrullayev, AFFA-nın prezidenti Rövşən Nəcəf, FIFA rəsmiləri, Ukrayna Futbol Assosiasiyasının rəhbəri və dünya futbolunun əfsanəsi Andrey Şevçenko iştirak etdilər.
“FİFA-nın “Məktəb arenası” layihəsi çərçivəsində məktəbdə yaradılan infrastruktur uşaqların idmanla, xüsusilə futbolla daha çox maraqlanmasına səbəb olacaq. Bu təşəbbüs Azərbaycanda futbolun inkişafına olan diqqətin bariz nümunəsidir”.