2025-2026-cı tədris ilinin ilk pedaqoji şurasının iclası keçirildi

Pedaqoji şurada 2024-2025-ci tədris ilinin yekunları və 2025-2026-cı tədris ilində qarşıda duran vəzifələr müzakirə olundu.
IV, VI siniflərin mərkəzləşmiş imtahan nəticələri, IX siniflərin buraxılış imtahanı nəticələrinə görə reytinq yeri barədə pedaqoji heyətə məlumat verildi. lV siniflərə görə BŞTİ üzrə 37-ci yerdə, Vl siniflərə götə BŞTİ üzrə 23-cü yerdə, IX siniflər üzrə BŞTİ üzrə 87-ci yerdə məktəbin qərarlaşdığı bildirildi. Cari tədris ilində keyfiyyətli təhsilin və sağlam tərbiyənin prioritet istiqamət olduğu bildirildi.
İllik pedaqoji şuranın fəaliyyət planı təsdiq olundu. İlk pedaqoji şuranın gündəlik məsələləri ətrafında məruzələr dinlənildi, çıxışlar oldu. Məruzə və çıxışları nəzərə alaraq gündəlik məsələlərə uyğun pedaqoji şura qərarlar qəbul etdi.