"İrsi və dəyərləri ilə Heydər Əliyev" - esse müsabiqəsi qaliblərinin mükafatlandırılması oldu

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "İrsi və dəyərləri ilə Heydər Əliyev" mövzusunda 12-16 yaş məktəblilər arasında keçirilən esse müsabiqəsinin qalibləri mükafatlandırıldı.

Məktəbimizin şagirdləri Hüseyn Xuduzadə və Nərgiz Səlimli Təşəkkürnamə ilə, Fidan Fəttahova 2-ci yerin qalibi olaraq diplomla təltif olundular.

Müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin zəngin irsini və milli dəyərlərə verdiyi töhfələri gənc nəslə tanıtmaq, eyni zamanda şagirdlərə öz fikirlərini sərbəst, yaradıcı və orijinal şəkildə ifadə etmək imkanı yaratmaq oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi