"Məktəbli avtoşəhərciyi"ndə yol hərəkəti qaydaları

Məktəbin birinci sinif şagirdləri yol hərəkəti qaydalarına düzgün riayət qaydalarını göstərdilər. Məktəbin həyətində qrant layihə çərçivəsində yaradılmış avtoşəhərcikdə yol hərəkəti nişanları da yerləşdirilmişdir. Birincilər bu nişanların mənalarını söylədilər. Piyada keçidindən, işıqfordan istifadə qaydalarını göstərdilər. Nəqliyyat vasitələrinin sürülə biləcəyi zolaqlarda əyani göstərişlər təqdim etdilər.
Məqsəd məktəbliləri aşağı yaşdan yol hərəkəti qaydaları barədə maarifləndirməkdir.