"Qəlblərdə yaşayan ömür!" sinif təşkilat saatları keçirildi

Bu həftənin sinif təşkilat saatları Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olundu. Şagirdlər Ümummilli Liderimiz Heydər Əliyevin həyat yoluna, siyasi fəaliyyətinə, Azərbaycan Respublikasının inkişafı yolunda xidmətlərinə dair əldə etdikləri məlumatlardan divar qəzetləri hazırladılar, təqdimatlar etdilər.
Məqsəd şagirdləri Ümummilli Liderimiz Heydər Əliyevə məhəbbət ruhunda, vətənpərvər ruhda tərbiyə etməkdir.