"Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib
Yuxarı sinif şagirdləri ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici söhbət aparıldı, şəkillər, videoçarxlar nümayiş olundu. Şagirdlərlə söhbət aparan məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Qorodayeva Gülnar, psixoloq Hüseynova Gülbəniz zərərli vərdişlərin insanın sağlamlığına və psixologiyasına vurduğu ziyan, ailədaxili münasibətlərdə yaratdığı problemlərdən danışaraq şagirdləri sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, asudə vaxtlarını səmərəli keçirməyə dəvət etdi.