Nailiyyətlərimiz

ŞAGİRD NAİLİYYƏTLƏRİMəktəbimizin Atıcılıq üzrə komandası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakı şəhərində yerləşən orta məktəblərin şagirdləri arasında keçirilən Atıcılıq turnirində II yeri tutduğuna görə Diplom və Medallarla təltif olunmuşdur.

ŞAGİRD NAİLİYYƏTLƏRİ7B sinif şagirdi Nihad Bəkirli Qərbi Kaspi Universiteti tərəfindən təşkil olunan Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyinə həsr olunmuş “ADR-100 məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadasında fəal iştirakına görə SERTİFİKATLA təltif olunmuşdur. İdmançılarımız 7A sinif şagirdi Seyidli İbrahim Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Kyokuşin Karate üzrə Bakı şəhər açıq turnirində I yeri, 9Ç sinif şagirdi Kənan Seyidli isə III yeri tutduğuna görə Medal və Diplomla təltif olunmuşlar. Məktəbin 8A sinif şagirdi Mikayılova Zəhra Bakı şəhər məktəbliləri arasında keçirilən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) “Ailə dəyərlərinin inkişafına dəstək” proqramı daxilində “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirdiyi “Ailəmiz-güvən yerimiz” adlı ən yaxşı mühazirə müsabiqəsində fərqləndiyinə görə təltif edilmişdir.

Şagird nailiyyətləriBakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım fondunun təşkil etdiyi “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilmiş İnşa və Rəsm müsabiqəsində məktəbin 7”B” sinif şagirdi Türkan Səfərova və 10”ç” sinif şagirdi Cəmilə Seyidova  fərqlənərək SERTİFİKAT-la təltif olunmuşlar.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda keçirilən Rəsm müsabiqəsində məktəbin 11”B” sinif şagirdi Səbinə Əsgərova fərqlənərək SERTİFİKAT-la təltif olunmuşlar.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda keçirilən Rəsm müsabiqəsində məktəbin 10”Ç” sinif şagirdi Cəmilə Seyidova fərqlənərək SERTİFİKAT-la təltif olunmuşlar.Milli Karate Federasiyası Uşaqlar arasında 1-ci Respublika birinciliyində 8 “D” sinif şagirdi İbrahim İbrahimli Bakı şəhərində Federasiyanın təşkil etdiyi yarışda bacarıq göstərərək III yerə layiq görülmüşdür.

HAQQIMIZDA

239 nömrəli tam orta məktəb 1960-cı ild...

BİZİM FƏXRLƏRİMİZ

Aytac Cavadova

İlkan Mustafazadə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi