MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMATMəktəbimizdə “Kiçik Akademiya”nın yaradılması Azərbaycan Respublikası Təhsil Nazirinin 21.01.2018-ci il ,63 nömrəli əmrinə əsasən təsdiq edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli,
F-265 nömrəli əmrinə və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6 bəndinə uyğun olaraq Səbail rayonu T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 05.02.2019-cu il tarixindən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətlərinə dəstək olunması, elmi tədqiqata meyli olan, xüsusi istedadlı şagirdlərin aşkar olunmasından ibarət olmuşdur. Şagirdlərin dünya görüşünü formalaşdırmaq üçün ekskursiyaların təşkil olunması, müxtəlif fənn olimpiadalarında ,elmi layihələrdə iştirak olunması, məruzə və elmi layihələr üzrə araşdırmaların aparılmasıəsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya ” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya ” fəaliyyətə başladığı müddətdən zəruri işlər həyata keçirilib, belə ki, akademiyanın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. MKA-nın bayrağı ,məktəbimizi təmsil edən döş nişanı tərtib edilmişdir. Şagirdlərin meyl və bacarıqları nəzərə alınaraq müvafiq bölmələr üzrə üzvlər qəbul edilmişdir. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən bölmələr üzrə aylıqlar keçirilmişdir. Biologiya bölməsi üzrə biologiya gecələri keşirilmişdir.Ətfaf mühitin mühafizəsi ilə bağlı tədbirlər planına əsasən “Tullantıdan incəsənətə “mövzusunda sərgi təşkil edilmişdir.Sərgidə tullantı materiallarından hazırlanmış şagirdlərin əl işləri nümayiş olunmuşdur.
MKA-nın üzvləri məktəb çərçivəsində müəllimlərin və onlara təhkim olunmuş elmi rəhbərlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar apararaq, məruzə, tezis, referat və hesabatlar hazırlamışlar
Kiçik Akademiyanın tərkibi açıq səsvermə yolu ilə seçilmiş tərkibi aşağıdakı kimidir:
Akademiyanın prezidenti: Gayibli Nubar Məcnun
Onun müavinləri Vitse Prezidentlər:
Seyidli İbrahim Nahid oğlu
Məmmədzadə Zəhra
Bölmə rəhbərləri:
Riyaziyyat: Qədimova Reyhan Balahüseyin qızı
Kimya: Kərimova Məlakə Tapdıq qızı
Fizika : Məmmədova Təranə Əsgər qızı
Biologiya : Qayibli Nubar Məcnun
Coğrafiya :İbrahimova Fəridə İbrahim qızı
Tarix:Novruzova Rita Nəbi qızı
Bölməyə təhkim olunmuş elmi işçilər:
Biologiya : Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü Əzizov İbrahim Vahab oğlu;
Qurbanova Ulduzə Əhməd qızı Biologiya üzrə Fəlsəfə doktoru
Tarix üzrə fəsəfə doktoru CəlilovBəxtiryar Məzahim oğlu
Coğrafiya : Yer elmləri Bölməsinin akademik katibi akademik Qədirov Fəxrəddin Əbülfət oğlu
Kimya :üzrə fəlsəfə doktoru Məmmədov Faiq Məmmədağa oğlu
Riyaziyyat üzrə fəlsəfə doktoru Seyfullayev Famil Əlizadə oğlu
Fizika üzrə fəlsəfə doktoru dosent Salmanov Famin Tahir oğlu
MKA-nın üzvləri:
İsmayılov Sənan Əhsən oğlu
Məmmədzadə Zəhra Vüqar qızı
Süleymanova Arzu Ağalar qızı
Babayev Toğrul Müslim oğlu
Axundov Səməd Elçin oğlu
Əliyev Atilla Rəşad oğlu
Məmmədova Nəzrin Ədalər Qızı
Məmmədov Orxan Elxan oğlu
Ədilzadə Nicat Davud oğlu
Hesabat iclasında MKA-nın fəaliyyət planının istiqamətləri üzrə əldə edilmiş nəticələr müzakirə edilmiş
Qarşıdakınövbəti tədris ilində görülməsi lazım olan fəaliyyət istiqamətləri vurğulanmışdır
Bu məqsədlə “Yay məktəblərinin təşkili “və növbəti ildə fənn üzrə elmi rəhbərlər tərəfindən təsdiqlənmiş layihələrin “Sabahın alimləri “Respublika müsabiqədində iştirakı planlaşdırırlmışdır.
Ətraflı