- Nisə Fərəcova Gürşad
- Vəzifə: Direktor
- Fənn: Azərbaycan dili, Ədəbiyyat
- Bitirdiyi təhsil müəssisəsi: Sumqayıt Dövlət Universiteti
- Təvəllüd: 23.07.1987
- İlk fəaliyyət ili: 12.01.2006
- E-mail: —
Fərəcova Nisə Gürşad qızı 2010- cu ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2006-cı ildə ilk peşə fəaliyyətinə Salyan rayon Uşaqların Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi başlayıb. 2011- ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək Salyan rayonu I Varlı kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. 2016-cı ildə Direktorların İşə Qəbulu imtahanında iştirak edərək həmin məktəbə direktor təyin olunub. 2020- 2021 - ci illərdə Bakı şəhəri Qaradağ rayonu S.Məhərrəmov adına 106 nömrəli məktəbdə şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı işləyib. 2021 - 2023 illərdə Bakı şəhəri Suraxanı rayonu D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
05 oktyabr 2023- cu ildən Bakı şəhəri T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyət göstərir. Təhsil sahəsində müxtəlif yerli və beynəlxalq təlimlərdə,tədbirlərdə iştirak edib. Ailəlidir,2 övladı var.