HAQQIMIZDA

239 nömrəli tam orta məktəb 1960-cı ildən fəaliyyət göstərir.

2007-ci ildə məktəbin həyətində Təhsil Nazirliyi tərəfindən 840 nəfərlik yeni tədris korpusu tikilib. 2008-ci ildə isə məktəbin əsas binası “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təmir edilərək şagirdlərin istifadəsinə verilib.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009 - cu il tarixli Sərəncamı ilə Bakı şəhər 239 nömrəli tam orta məktəb 2008-2009-cu tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Hazırda məktəbdə 87 pedaqoji işçi fəaliyyət göstərir, 1024 şagird təhsil alır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika, beynəlxalq müsabiqə, olimpiada və yarışlarda fəal iştirak edirlər. Məktəbdə fəaliyyət göstərən müəllimlərdən üçü “Əməkdar müəllim” fəxri adına, üçü “Tərəqqi medalı”, 5 nəfəri isə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

Son illərdə məzunlarımızdan 3 nəfəri Prezident təqaüdünə, 1 nəfəri isə qızıl medala layiq görülüb. Şagirdlərimizdən 3 nəfəri Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti ilə bağlı keçirilən Respublika inşa yazı müsabiqələrinin qalibi, 10 nəfəri Respublika fənn Olimpiadalarının qalibi, 4 nəfəri idman üzrə keçirilən Beynəlxalq yarışların qalibi, 2 nəfəri İncəsənət sahəsində keçirilən Beynəlxalq müsabiqələrin qalibi, 2 nəfər isə Respublika üzrə qalib olub.

Hər il neçə-neçə məzunumuz fərqlənmə attestatı və fərqlənmə şəhadətnaməsinə layiq görülürlər.

Məktəbin 7 məzunu Qarabağ döyüşlərində şəhid olub. Hazırda məktəbimiz həmin məzunlardan biri, Tofiq Əbülfət oğlu Məmmədovun adını daşıyır.

Məktəbimiz bir neçə beynəlxalq layihələrin iştirakçısıdır. 2016-2017-ci tədris ilində məktəbin hər iki korpusu Dövlət proqramı çərçivəsində əsaslı surətdə təmir edilib. Ölkə Prezidenti Cənab İlham Əliyev məktəbimizdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Məktəbdə kimya, fizika, biologiya kobinetləri , 4 komputer otağı fəaliyyət göstərir, geniş akt zalı müasir standartlara uyğun idman zalı, idman meydançası vardır.

Məktəbdə öz fəaliyyəti ilə seçilən “Heydər Əliyev və tarixi həqiqətlər” lektoriyası Ulu Öndər Heydər Əliyevin irsinin dərindən öyrənilməsində, XX və XXI əsr Azərbaycan tarixinin öyrənilməsində, şagirdlərin dünya görüşünün genişlənməsində, onların bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi