ŞAGİRD NAİLİYYƏTLƏRİŞagirdlərimiz Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Bakı şəhəri ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “STEM Plus” Bilik Olimpiadasında iştirak etmişlər. 10 C sinif şagirdləri Nəzrin Şıxəliyeva, Səlimət Qarayeva, Rüfət Sadıqlı, Xanım Sadıqlı və Aytac Babazadə olimpiadada fəal iştiraklarına görə “Sertifikat”la təltif olunmuşlar.
ŞAGİRD NAİLİYYƏTLƏRİMəktəbin 8-ci sinif şagirdləri Səməd Axundov, Taleh Babayev və Atilla Əliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Televiziyasının birgə layihəsi olan “Hazırcavablar” intellektual oyununda iştirak etmişdilər. Komandamız BŞTİ-nin tabeliyində olan müxtəlif məktəblərin komandaları ilə qarşılaşmışlar. Məktəbimizin komandası bütün mərhələləri uğurla keçərək oyunun qalibi olmuşdur. Şagirdlərimizi təbrik edir, onlara daha yüksək nailiyyətlər arzu edirik.
“CÜMHURİYYƏT” KUBOKUNUN QALİBİKaspi liseyinin təşkil etdiyi “Cümhuriyyət” Kuboku uğrunda keçirilən Məntiq yarışmasında şagirdlərin qazandıqları yüksək nəticələrə görə məktəbimiz DİPLOM və KUBOKLA təltif olunmuşdur. Eyni zamanda 8 A sinif şagirdi Əliyev Atilla I yerə layiq görülmüş, 26 şagirdimiz isə digər yerləri bölüşərək “Diplom” larla təltif olunmuşlar.
239 nömrəli tam orta məktəb 1960-cı ild...