Nailiyyətlərimiz

ŞAGİRDLƏRİN NAİLİYYƏTLƏRİBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçirilmişdir. Həmin olimpiadada məktəbin12 şagirdi:Sultanlı Ülvi,Məmmədzadə Nihad, Bənnalı Ülvi, Xəlilzadə Amin, Muradlı Məsud, Qambayzadə Fərid, Babayev Toğrul, Həsənli Sevil, Babazadə Nahid, Mahmudzadə Əli, Alışov Muxtar və Bayramlı Emil fəal iştiraklarına görə Sertifikatla təltif olunmuşlar. Məktəbin bir qrup şagirdi Azərbaycan Respublikası Mərkəzi Bankı və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində “Avropa Pul Viktorinası” nın seçim turunda iştirak etmiş və Viktorinanın Milli mərhələsinə keçid əldə etmişlər. Həmin mərhələdə məktəbin 9-cu sinif şagirdi Əliyev Atilla və 8-ci sinif şagirdi Bəkirli Nihad fəal iştiraklarına görə Sertifikatla təltif olunmuşlar. Məktəbin 9-cu sinif şagirdləri Abdullazadə Əminə, Mehdiquliyeva Zümrüd və Mehdiquluyeva Ayan Uşaq Dünya Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində Uşaq Hüquqları Konvensiyası üzrə tam kursu bitirmişlər və Sertifikatla təltif olunmuşlar. Eyni zamanda, şagirdlər Avropa Uşaq Ombudsman Şəbəkəsi tərəfindən həyata keçirilmiş və Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin “Danışın, gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihəsində fəal iştiraklarına görə Sertifikatla təltif olunmuşlar.

MÜSABİQƏ QALİBLƏRİAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə şagirdlər arasında “Əməyin gələcəyi” adlı inşa müsabiqəsi keçirmişdir. Müsabiqədə məktəbimizin yuxarı sinif şagirdləri də iştirak etmişlər. Sevindirici haldır ki, qaliblər arasında bizim şagirdlərimiz də var. Mükafatlandırma mərasimində məktəbin 9 “A” sinif şagirdi Mikayılova Zəhra II yerə, 9 “Ç” sinif şagirdi Abbasova Arzu isə müsabiqədə fəal iştirakına görə Diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

RESPUBLİKA QALİBLƏRİMəktəbin qızlardan ibarət futbol komandası Məktəblərdə “Futbol dərsi” layihəsi üzrə AFFA-nın keçirdiyi yarışlarda Bakı Şəhəri üzrə I, Respublika üzrə III yerə layiq görülərək Diplom və medallarla təltif edilmişlər. Məktəbin 8 “A” sinif şagirdi Seyidli İbrahim Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin AŞHİHARA KAYKAN KARATE Federasiyası ilə birgi keçirdiyi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş AŞHİHARA KAYKAN KARATE döyüş növü üzrə Respublika Çempionatında I yerə layiq görülmüşdür.

HAQQIMIZDA

239 nömrəli tam orta məktəb 1960-cı ild...

BİZİM FƏXRLƏRİMİZ

Aygül Süleymanlı İlham

Rəvan Xanbabayev

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi