Nailiyyətlərimiz

Şagird NailiyyətiBakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral- Xocalı soyqrımının 30-cu ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Xocalı soyqrımını unutma” mövzusunda keçirilən inşa yazı müsabiqəsində III yeri tutduğuna görə məktəbin 8-ci sinif şagirdi Məmmədli Lətifə Diplomla təltif olunmuşdur

ŞAGİRD NAİLİYYƏTİActive Academy Tədris Mərkəzinin 16.04.2022-ci il tarixində təşkil etdiyi “Brey-rinq” intellektual oyununda məktəbin 5 “b” sinif rəhbəri Şəlalə Seyidova və şagirdlər: Fidan Əhmədli, Zeynəb Abizadə, Xədicə Şirinova, Ayxan Əhmədov və Saleh İmanlı qalib gəldikləri üçün Kubok və Sertifikatla təltif olunmuşlar.

UĞURLARI İLƏ SEÇİLƏN KƏRİMMəktəbin 6-cı sinif şagirdi Cəlilov Kərim bacarıqları ilə yaşıdlarından seçilən şagirddir. Yaşının az olmasına baxmayaraq o, saysız –hesabsız uğurlara imza atmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Ümid 2020 müsabiqəsinin qalibi olmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman İdarəsi Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirdə Novruz bayramına həsr olunmuş folklor musiqi müsabiqəsində simli alətlərdə solo ifa nominasiyası üzrə Fəxri Fərmanla təltif olunmuşdur. “Sən istedadsan” bədii yaradıcılıq və özfəaliyyət kollektivlərinə baxış müsabiqəsində diplomat adına layiq görülmüşdür. Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sistemi M.Ş Vazeh adına mərkəzi kitabxananın Zəfər gününə həsr olunmuş tədbirdə Fəxri Fərmanla təltif olunmuşdur. 384 nömrəli hərbi hissənin komandiri polkovnik Vidadi Cahangirov tərəfindən Fəxri Fərmanla təltif olunub. Tədbir 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il günü münasibətilə hərbi hissədə keçirilən yeni il proqramında Gənclər və İdman Nazirliyi Səbail Rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirdə milli musiqinin təbliğinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Məmmədyarovlar Şahmat Məktəbinin keçirdiyi 4-cü dərəcələr və dərəcəsi olmayan uşaqlar arasında rapid turnirində I yer tutduğuna görə Diplomla təltif olunmuşdur.

HAQQIMIZDA

239 nömrəli tam orta məktəb 1960-cı ild...

BİZİM FƏXRLƏRİMİZ

İlkan Mustafazadə

Zəba Hüseynova Cavad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi