Nailiyyətlərimiz

Şagird NailiyyətiMəktəbin 5a sinif şagirdi Mürvətov Ağalar Tərlan oğlu "Məhsul" KKC-nin Respublika Şurasının Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında I yer tutduğuna görə Diplomla təltif edilmişdir.

Şagird NailiyyətiDekabr ayının 5-9 tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Beynəlxalq Expo Mərkəzində "Beynəlxalq STEAM Azərbaycan Festivalı-2022" keçirilmişdir. SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib. SAF 2022-yə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127 nəfəri xarici ölkə, 442-i isə yerli iştirakçılar olmuşlar. Məktəbimizi festivalda 7 və 9-cu sinif şagirdləri təmsil etmişlər. Mexatronika kateqoriyası üzrə qızlardan ibarət məktəbimizin "Ucal" komandası bürünc medala, 9-cu sinif şagirdləri isə Xüsusi Münsif qiymətləndirilməsinə layiq görülmüşlər. 0 rəy

Şagird NailiyyətiOktyabrın 28-də Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən təşkil olunmuş "Mənim gündəliyim" oxu və yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Mükafatlandırılma mərasimində çıxış edən Bakı Şəhəri Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva mütaliənin şagirdlərimizin dünyagörüşünün, mənəvi dünyalarının formalaşmasında böyük rolu olduğunu qeyd etmişdir. Məktəbimizin 4-cü sinif şagirdi Abbaslı Leyla da qaliblər arasında olmuşdur.

HAQQIMIZDA

239 nömrəli tam orta məktəb 1960-cı ild...

BİZİM FƏXRLƏRİMİZ

Səməd Axundov Elçin

Ozal İsmayılov Xanhüseyn

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi