Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib

    Sentyabr ayının 27-də “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə ”07.09.2021-ci il tarixli F-429 nömrəli əmrini rəhbər tutaraq məktəbin I “A” (sinif müəllimi Həmidova Gülşən), III “B” (sinif müəllimi Rəhimova Leyla) və  III “C” (sinif müəllimi Rəsulova Lamiyə) siniflərində Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilib. Dərslərin keçirilməsinin əsas məqsədi Vətən uğrunda canlarından keçən oğullarımızın əziz xatirəsini yad etmək, məktəblilərə onları yaxından tanıtmaq, Vətən, yurd sevgisini daha da möhkəmləndirməkdən ibarət olub. Dərslərdə məktəbin təşkilatçısı Bahar Əkbərova da iştirak edib.

   Dərslər Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəllimlər 27 sentyabr tarixindən başlayan 44 günlük “Zəfər yürüşü”, qəhrəman oğullarımız haqqında məlumat veriblər.

    I “A” sinfində şagirdlər şeirlər söyləyib, şüarlar səsləndiriblər.

    III “B” sinif şagirdləri məktəbin həyətində ucaldılmış fəxrimiz-İlqar Muradovun büstünü ziyarət edib, şeirlər söyləyiblər.

    III “C” sinfində şagirdlər “Ağlama, şəhid anası” adlı səhnəciyi nümayiş etdirib, şeirlər, şüarlar səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi