Şüvəlan Şəhidlər bulağı ziyarət olunub

    Sentyabr ayının 27-də “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə ”07.09.2021-ci il tarixli F-429 nömrəli əmrini rəhbər tutaraq məktəb rəhbərliyi,  II ”B” (ibtidai sinif müəllimi Abbasova Ülviyyə) və III “A” (ibtidai sinif müəllimi Əlizadə Sevinc) sinif şagirdləri, məktəbə dəvət olunmuş şəhid Kamran Hacıyevin anası - Sevinc Hacıyeva, Şəhid Müslüm Vəliyevin anası - Kifayət Vəliyeva, şəhid Eyniyev Tərlan Gölişad oğlunun valideynləri- Gölişad Eyniyev və Əzizə Eyniyeva, şəhid Səxavət Məmmədovun həyat yoldaşı - Gülzar xanım və oğlu Yusif, Vətən müharibəsi qaziləri - Aqil Şahverdiyev və Elvin Əliyev ilə Şüvəlan Şəhidlər bulağını ziyarət ediblər. Ziyarətin məqsədi Vətən uğrunda canlarından keçən oğullarımızın əziz xatirəsini yad etmək, məktəblilərə onları yaxından tanıtmaq, Vətən, yurd sevgisini daha da möhkəmləndirməkdən ibarət olub.

    Ziyarət zamanı şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, abidə önünə qərənfillər düzülüb. Məktəbin direktoru Zümrüd Abbasova çıxış edərək şəhid analarının qarşısında baş əydiyini, onlara Vətənə layiqli vətənpərvər oğullar yetişdirdiyinə görə öz minnətdarlığını bildirib. Sonra balaca fidanlar şeirlər söyləyib, “İgid əsgər” mahnısını ifa ediblər.

    Ziyarətin sonunda şəhid Eyniyev Tərlanın anası Əzizə xanım şəhid anaları adından çıxış edərək qəhrəman övladı ilə fəxr etdiyini, torpaqlarımızı düşmən tapdağından azad edib 30 il öz evlərinə həsrət qalanları doğma yurdlarına qaytaran Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevə öz təşəkkürünü bildirib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi