İnşa-yazı müsabiqəsi keçirilib

      Sentyabr ayının 25-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərli Seyran tərəfindən VIII-XI sinif şagirdləri arasında 27 Sentyabr -Anım Gününə həsr olunmuş “Minlərlə can qurban oldu!” adlı inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdləri vətənpərvərlik ruhunda tərbiyələndirməkdən, onların Vətənə olan məhəbbət hissini daha da möhkəmləndirməkdən, məktəblilərdə yazı bacarıqlarını inkişaf etdirməkdən və istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub.

İnşa-yazı müsabiqəsinin gedişatını ədəbiyyat müəllimi İlhamə Rzayeva izləyib. Yazılar xüsusi yaradılmış komissiya tərəfindən yoxlanılacaq və qaliblər Diplomla mükafatlandırılacaq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi