Şəhid Eyniyev Tərlan Gölişad oğlunun ailəsi ziyarət edilib

    Sentyabr ayının 26-da məktəbin II “B” sinif şagirdləri (ibtidai sinif müəllimi Abbasova Ülviyyə) Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş  Şəhid Eyniyev Tərlan Gölişad oğlunun ailəsini ziyarət ediblər. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əziz tutmaq, qəhrəman oğulların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə mənəvi dəstək olmaq və ehtiram göstərmək məqsədi ilə keçirilən görüşdə məktəbin təşkilatçısı Bahar Əkbərova və X sinif şagirdləri də iştirak edib.

   Əvvəlcə şəhidin məzarı ziyarət edilərək  üzərinə  əklil qoyulub. Tərlanın ruhu böyük ehtiramla anılıb. Sonra məktəblilər şəhidin evində onun  şəxsi əşyalarından hazırlanmış guşə ilə tanış olub, qəhrəmanlara həsr olunmuş şeirlər söyləyiblər. Şəhidin atası Eyniyev Gölişad İsmayıl oğlu övladının  həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıb, müəllimlərə, şagirdlərə oğlunun əziz xatirəsini andıqlarına görə öz təşəkkürünü bildirib. Ziyarətin sonunda şəhid atasına Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən, vətənpərvər, qəhrəman övlad yetişdirdiyinə görə məktəb rəhbərliyi tərəfindən Təşəkkürnamə və hədiyyə təqdim olunub. Sonda xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi