II Fəxri Xiyaban və “Hərbi Qənimətlər Parkı” ziyarət olunub

    Sentyabr ayının 26-da “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrini rəhbər tutaraq  məktəbin VI“B” sinif şagirdləri (sinif rəhbəri Vəliyeva Səmayə) II Fəxri Xiyaban  və “Hərbi Qənimətlər Parkı” nı  ziyarət ediblər. Ziyarətin keçirilməsinin əsas məqsədi məktəblilərə qalib Azərbaycan xalqının tarixini, Vətən müharibəsi və onun iştirakçılarını tanıtmaq, şagirdlərdə vətənpərvərlik hissini formalaşdırmaqdan ibarət olub. Şagirdlər şəhid məzarlarını ziyarət edib, onların üzərinə qərənfillər düzüb, qəhrəman oğullarımıza vəsf edilmiş şeirlər söyləyiblər.

    Sonra məktəblilər 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədi ilə yaradılmış “Hərbi Qənimətlər Parkı”na ekskurisya ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi