Səhər toplantısında Vətən müharibəsi iştirakçıları anılıb

    Sentyabr ayının 26-da “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrini rəhbər tutaraq İlqar Muradov adına 237 nömrəli tam orta məktəbin səhər toplantısında Vətən müharibəsi iştirakçıları anılıb. Tolantı Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən vətənpərvər oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Toplantıda məktəbin direktoru Zümrüd Abbasova öz çıxışında Ali Baş Komandanımız, Cənab İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ehtiram əlaməti olaraq bu gün-27 sentyabr tarixinin Anım günü kimi qeyd edildiyini söyləyib. O, qeyd edib ki, Azərbaycan xalqı Vətən müharibəsində qəhrəmanlıq göstərmiş oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhunu dərin hörmətlə anır.

    Toplantının sonunda şagirdlər məktəbin fəxri- İlqar Muradovun büstünü ziyarət edib, önünə qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi