Xüsusi dərs keçirilib

    Sentabr ayının 20- də məktəbin tarix müəllimi Şəfiqə Yaqublu tərəfindən VI “B” sinif şagirdləri ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş xüsusi dərs keçirilib. Dərsin keçirilməsinin əsas məqsədi şagirdlərə bu günün təsis edilməsi haqqında bilgilər vermək, doğma yurdumuzu sevdirmək, onlara vətənpərvərlik hissini aşılamaqdan ibarət olub.

    Dərsdə müəllim Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamı ilə şagirdləri tanış edib. O, qeyd edib ki, 2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə antiterror əməliyyatına başlanıb.  23 saat davam edən əməliyyat nəticəsində qüdrətli Azərbaycan Ordusu qələbə qazanıb. Beləliklə, Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Sonra mövzu ilə bağlı videoçarx izlənilib.

    Dərsin sonunda şagirdlər hazırladıqları təqdimatları səsləndirib, çəkdikləri şəkilləri nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi