Səhər toplantısında Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü haqqında məlumat verilib

    Sentyabr ayının 20-də səhər toplantısında Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü haqqında məlumat verilib. Toplantı Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Toplantıda məktəbin direktoru Zümrüd Abbasova Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamla məktəb kollektivini və şagirdləri tanış edib. O, qeyd edib ki, 2023-cü il sentyabr ayının 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qələbə qazanıb. Beləliklə, Sərəncama əsasən hər il sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

    Toplantının sonunda “Azərbaycan” mahnısı səsləndirilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi