18 Sentyabr-Milli Musiqi Günüdür

      Sentyabr ayının 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.  Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.

     Üzeyir Hacıbəylinin 139 illiyi münasibətilə sentyabr ayının 18-də musiqi müəllimi Sənubər Abbasquliyeva tərəfindən V “B” sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan klassik musiqisinin atası” adlı xüsusi dərs keçilib. Dərsin keçilməsinin əsas məqsədi Azərbaycan bəstəkarlarını tanıtmaq, milli musiqimizi qoruyub gələcək nəsillərə ötürmək və zənginləşdirməkdən ibarət olub.

     Öncə müəllim dahi bəstəkarın həyat və yaradıcılığı, musiqiləri haqqında geniş məlumat verib. O, şagirdləri Ü. Hacıbəylinin ailəsinə yazdığı məktublara həsr olunmuş kitabla tanış edib. Sonra bəstəkarın mahnılarından ibarət plastinkanı nümayiş etdirib, onun haqqında geniş məlumat verib.

        Sonda şagirdlər milli musiqi alətləri haqqında məlumatlar veriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi