II-XI siniflərdə ilk dərs “ Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub

    2024-2025-ci tədris ilinin təşkili barədə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 28.08.2024-cü il tarixli 3-29/3-2-557F/2024 nömrəli əmrinin icrasının təmin edilməsi və uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətə cəlb edilməsi və maarifləndirilməsi məqsədilə II-XI siniflərdə ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Belə ki, II-IV siniflərdə “Hava və iqlim”, V-IX siniflərdə “Atmosfer çirklənməsi, iqlim dəyişikliyi və onunla mübarizə üsulları”, X-XI siniflərdə “İqlim dəyişikliyinin sosial və iqtisadi aspektlərə təsirləri” mövzularında məşğələlər keçirilib.

Dərslər Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

   Dərsdə müəllimlər iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, həmçinin 2024-cü ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyini söyləyiblər.

    İlk dərsdə iştirak edən məktəbin direktoru Zümrüd Abbasova dərsləri dinləyib və şagirdlərə öz tövsiyələrini verib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi